"Bələdiyyələrin statusu artırıla bilər. Hətta böyük şəhər bələdiyyələrinin yaradılması gündəmdədir".
Bunu "Unikal"a açıqlamasında deputat Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə böyük şəhər bələdiyyələrinin olması idarəetməni daha da rahatlaşdırar:
"Belə ki, yerli idarəetməyə üstünlük verilə bilər. Xüsusilə, kommunal işlərin təşkil edilməsi bələdiyyələrə verilsin. Onlar bu işlərin öhdəsindən gələ bilərlər. Azərbaycanda uzun müddətdir mövcud olmasına baxmayaraq, bələdiyyələrin səlahiyyətləri heç də ürəkaçan deyil".
Anar Kəlbiyev