2023-cü ilin ilk ayının əmək pensiyaları, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşağa qulluğa, uşağın anadan olması görə və dəfn üçün birdəfəlik verilən müavinətlər ödənilib.
"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, ümumilikdə pensiya ödənişinə 16 milyon 123 min 314 manat, məcburi dövlət sosial sığortası haqları hesabına müavinətlərin verilməsinə isə 418 min 952 manat vəsait pensiya və müavinət alan şəxslərin ödəniş kartlarına köçürülüb.
Ümumiyyətlə, əmək pensiyaçılarına bu ay 640 min manat əlavə vəsait verilib ki, bu da ümumilikdə muxtar respublikada əmək pensiyaçılarına il ərzində 7 milyon 680 min manat əlavə vəsaitin ödənilməsi deməkdir.
Növbəti aydan 2023-cü ilin 1 yanvar tarixindən hesablanmaqla minimum pensiyanın artım məbləği və indeksasiya faizi ilə artan pensiya məbləğləri əmək pensiyaçılarının hesablarına köçürüləcək.