Liqa 1-in 19-cu turunda səfərdə "Renn"lə baş tutan qarşılaşma PSJ-nin (1:0) futbolçusu Kilian Mbappe üçün əlamətdarlığı ilə yadda qalıb. 

"Unikal" xəbər verir ki, sözügedən matçda iştirak edən 24 yaşlı hücumçu klub karyerasında 300-cü oyununu keçirib. 

Mbappe ümumilikdə bu görüşlərdə 218 dəfə fərqlənib. O, bu qollardan 27-sini  "Monako"da, 191-ni isə PSJ-də vurub.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.