Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) rəsmiləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, Hikmət Hacıyev bu barədə öz “Twitter” hesabında paylaşım edib.
Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Noun və səfir, XİN-in baş direktorunun müavini, strateji məsələlər şöbəsinin müdiri Coşua Zarka ilə görüşüb.
“Nobel Qardaşlarının Ev-Muzeyində Aliza Bin Noun və Coşua Zarkanı salamlamağa və ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq, qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirə aparmağa məmnunam. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızı daha da gücləndirəcək”, - deyə Hikmət Hacıyev paylaşımında qeyd edib.