İsmət Abbasovun sirli kadr təyinatı
15:38 12-03-2013
İQTİSADİYYAT
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə yeni baş direktor təyinatının pərdəarxasında nə yatır?
Dünən kənd təsərrüfatı naziri İsmət Abbasov Nazirliyin yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə yeni baş direktorun təyin edilməsi barədə əmr verib.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev agentliyin yeni baş direktoru Abbas Allahverdiyevi kollektivə təqdim edib. A.Allahverdiyev 1956-cı ildə anadan olub, bir neçə dövlət vəzifəsində çalışıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 2004-cü ildə yaradılıb. Qurum kənd təsərrüfatı üzrə beynəlxalq kredit layihələrini koordinasiya edir, həmçinin, müvəkkil bankların vasitəsilə güzəştli faizlər üzrə kənd təsərrüfatı kreditləri verir. Agentlik 2007-ci ildən kreditlər verməyə başlayıb. Həmin vaxtdan dövlət büdcəsindən agentliyə 48 mln. manat ayrılıb. Ödənilmiş kreditləri nəzərə almaqla, təsərrüfatlara 67 mln. manat həcmində kredit verilib
Bəzi ekspertlər İsmət Abbasovun bu təyinatını son vaxtlar aqrar sektora ayrılan kreditlər ətrafındakı tənqidlər, xüsusən ölkə başçısının fevralın 12-də keçirilən konfransda bu barədə səsləndirdiyi kəskin iradlarla izah edirlər. Onların fikrincə, kənd təsərrüfatı naziri bu tənqidlərin hədəfi olmaqdan qurtulmaq üçün belə bir təyinata ehtiyac duyub. Halbuki aqrar sektorun idarəçiliyindəki köklü problemlər həll edilmədən, idarəçilik təfəkkürü dəyişmədən hansısa kadr əvəzləmələrinin effektliliyi çoxlarına şübhəli görünür.
Xatırladaq ki, «Unikal» olaraq bir müddət əvvəl aqrar sektora ayırmaların - kredit və subsidiyaların üzərində nəzarətin İqtisadi İnkişaf Nazirliyi yanında yaradılacaq xüsusi quruma veriləcəyi barədə iddiaların ortaya çıxması barədə məlumat vermişdik. Bildirmişdik ki, artıq hökumətin bəzi kulislərində aqrar sektora ayırmaların yeni yaradılacaq qurum tərəfindən yönləndirilməsinə dair təkliflər səslənməkdədir. Həmin qurumun kənd təsərrüfatına yönəldilən büdcə və qeyri-büdcə vəsaitlərinin xərclənməsini həyata keçirəcəyini vurğulamış və əlavə etmişdik ki, aqrar sektorun idarəetməsi nazir İsmət Abbasovda qalsa da, bu sahəyə ayrılacaq vəsaitlər onun nəzarətindən çıxarılacaq. Buna da səbəb həm İsmət Abbasovun iqtidar içindəki rəqiblərinin kənd təsərrüfatı nazirini pulsuz qoymaq, həm də ümumilikdə aqrar sektora ayrılan vəsaitlərin səmərəliliyini təmin etməkdir.
Görünür, bu yöndə bilgilər yetərincə düzgün və ciddi olduğundan İsmət Abbasov vəziyyəti öz xeyrinə dəyişmək, aqrar sektora ayrılan vəsaitlərlə bağlı narahatedici situasiyaya son qoymaq naminə belə bir təyinatı reallaşdırmağı lazım bilib.
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55