İrlandiya hökuməti ordunun xüsusi təyinatlılarını Kiyevə göndərməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin "The Irish Times" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, xüsusi təyinatlılar 2022-ci ilin avqustunda yenidən açılan İrlandiya səfirliyinin təhlükəsizliyini və səfir Tereza Hilinin şəxsi mühafizəsini təmin edəcək.

Qeyd olunur ki, mühafizəçilərin göndərilməsi məsələsi 2022-ci ildə gündəmə gətirilib.