İran İnqilabının Keşikçikəri Korpusunun yüksək rütbəli zabiti Həsən Əmirabadizadə şübhəli şəkildə "ölüb".

"Unikal" xəbər verir ki, SEPAH-ın Cənubi Xorasan üzrə "Ənsar-e Reza" Korpusu onun ölüm səbəbinin avtomobilinin Feyzabad şəhərində dərəyə aşması olduğunu iddia edib.

Lakin onun cənazəsi həkim tərəfindən gecə saatlarında Bircənd şəhərinin Hacıabad qəbiristanlığına göndərilib və ailəsinin iştirakı olmadan gizlicə dəfn edilirb

Əmirabadizadə SEPAH-ın Təhlükəsizlik İdarəsinin keçmiş rəisi Hüseyn Taebin dövründə SEPAH-ın Ənsar-e Rza Korpusunun komandiri olub və bundan sonra ölkəyə qanunsuz siqaret idxalı ilə məşğul olub.