Türkiyənin Bursa bölgəsinin İnegöl rayonunda xidmət mikroavtobusu ilə yük maşınının  toqquşması nəticəsində 1-i ağır olmaqla 6 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, qəza saat 19.00 radələrində Mebel İxtisaslaşdırılmış Sənaye Zonasının 1-ci küçəsində baş verib.

Küçədəki kəsişmədən qayıdan rus əsilli Adilek Əmirxaanovun (52) idarə etdiyi yük maşını mebellərin olduğu yan küçədən çıxarkən Ahmet Durmuşun (53) idarə etdiyi xidmət mikroavtobusuna çırpılıb. 

Qəzada mikroavtobusda olan sürücülər və işçilər Seyful İbrahim (26), Eren Aksoy (33), Həsən Sarıbaş (27) və İsmayıl Kasım (44) yaralanıb. Ətrafdakıların xəbəri üzərinə qəza yerinə sağlamlıq və jandarma qrupları sövq edildi. Yaralılar sağlamlıq qrupları tərəfindən İnegöl Dövlət Xəstəxanasına aparılıb.

Jandarma qəza ilə əlaqədar istintaqa başlayıb.