Ailə Məcəlləsində erkən yaşda nikah sözünün tərifinin verilməsi və nikah yaşının bir yaş aşağı salınmasının səbəblərinin göstərilməsi zərurəti yaranıb.
"Unikal" xəbər verir ki, bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, bununla bağlı qanunvericilik layihəsi təklifi komitə tərəfindən aidiyyəti üzrə göndərilib.
Komitə sədri əlavə edib ki, Ailə Məcəlləsində uşaq nikahı, erkən nikah anlayışının tərifi verilməlidir: "Eyni zamnda nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvi ilə bağlı təkliflərimizi hazırlayıb parlamentə vermişik. Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növünün qəbul edilməsinə çox böyük ehtiyac var. Məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihəmizi də təqdim etmişik”.
Anar Kəlbiyev