"Microsoft" minlərlə iş yerini ixtisar etməyi və bəzi vəzifələri ləğv etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"“Microsoft”un təxminən 11 min işçisini ixtisar edəcəyi gözlənilir ki , bu da şirkət işçilərinin 5%-ni təşkil edir. Şirkət bir sıra mühəndislik bölmələrində və işə qəbul bölməsində iş yerlərini ixtisar etməyi planlaşdırır",- KİV-də qeyd olunub.
Elan edilmiş ixtisarlar rəqəmsal xidmətlərə tələbin azalması və qlobal iqtisadi mənzərənin pisləşməsi ilə əlaqədardır.