Beynəlxalq güclər Əli Kərimli xəyanətini bağışlamadı
15:40 12-03-2013
İQTİSADİYYAT
O, isə qabaqlayıcı addımlar atmağa çalışır
Son zamanlar ölkədə ictimai-siyasi proseslər aktivləşdikcə beynəlxalq təşkilarlarında Azərbaycana marağı artır. Çox qəribədir ki, hər zaman siyasi proseslər artanda siyasi düşərgələrin yanaşma psixologiyası maraqlı nəticələri ortaya çıxarırdı. Məsələn, müxalifət iddia edirdi ki, beynəlxalq təşkilatlar onların yanındadır və Azərbaycanda artıq proseslər dəyişəcək. Hakimiyyətin müəyyən qanadları isə iddia edirdi ki, bu qüvvələr müxalifətə dəstək verir. Son bir ildə Azərbaycanda diplomatik korpusun da kifayət qədər aktivləşməsi, müxalifətlə sistemli görüşlər keçirtməsi artıq bu rəyi köklü şəkildə formalaşdırmışdı. Tək bunu demək kifayətdir ki, sin iki ay ərzində AB-in ölkəmizdə ki, səfiri 4 dəfə müxalifət liderləri ilə görüşlər keçirtdi. BU isə sözsüz ki, cəmiyyətdə birmənalı qarşılanmırdı. Amma bu günlərdə AXCP sədri Əli Kərimlinin verdiyi bəyanat yeni və özüdə maraqlı məqamları ortaya çıxartdı. Aydın oldu ki, müxalifət artıq beynəlxalq təşkilatlardan əlini üzüb:- “Xeyli vaxtdır, mən ən müxtəlif auditoriyalardan deyirəm ki, beynəlxalq təşkilatlardan nicat gözləməyin. Onların öz maraqları var. Onlar onu təmsil edirlər. Azərbaycan xalqı olaraq bizim nicatımız özümüzə bağlıdır. Buna inanmağımız vacibdir. Biz hələ də özümüzü inandırdıqca ki, hardasa kiminsə qələmini qıracaqlar, kimsə danışıb bizim məsələlərimizi həll edəcək, bundan iki mənfi nəticə çıxır: özümüz arxayınlaşırıq və hər dəfə o beynəlxalq təşkilatlar ümidlərimizi doğrultmayanda böyük bir məyusluq yaşanır. Qurtarın daha onlardan! Əl çəkin onlardan! Biz özümüz güclü olanda, meydanda olanda, hakimiyyətə real gəlmək şansımızı göstərəndə onların hamısı qapının ağzında olacaqlar. Bundan qətiyyən narahat olmaq lazım deyil”.Maraqlıdır, qərbin maraqlarını az qala nöqtəsinə qədər qəbul edən müxalfət və müxalifət liderlərindən biri nədən belə açıqlama ilə çıxış etdi? Ekspertlər hesab edir ki, əslində belə bir bəyanatın verilməsi gözlənilən idi. Çünki beynəlxalq təşkilatlar uzun illər çalışdılar ki, müxalifətin hakimiyyətə alternativ bir güc olmasını təmin etsinlər. Bunun üçün milyonlarla manat vəsait ayrıldı, yüzlərlə seminarlar keçirildi. Amma nəticə göz qabağındadır. Müxalifət nə sosial baza problemini həll edə bildi, nə birlikdə fəaliyyət mexanimzi qura bildilər, nə də fərqli siyasi baxış ortaya qoyulmadı. Belə olan halda beynəlxalq təşkilatlar fəaliyyətin səmərəsizliyini görərək daha real addımlar atdılar. Elementar bir detala baxaq. Bu illər ərzində AXCP-yə konkret olaraq “Fredom Haos”, “Soros”, “MDİ”, “Karneqin Fondu” milyonlarla manat dəstək verilib. Həmçinin AXCP aktivlərinin yaratdığı səkkizdən çox Qeyri Hökümət Təşkilatlarının aldığı qrand layihələrinin də 80 faizi AXCP-in maliyyələşməsinə həsr edilirdi. Bununla paralel müxtəlif səfirliklər demokratiyaya yardım adı altında partiyanın rayon təşkilatlarının maliyyələşməsini həyata keçirirdi. Amma nəticə nə oldu? Demək olar ki, heç nə. Bu səbəbdən də artıq müxalifətə yanaşmada ciddi fərqlər ortaya çıxır və bunu görən müxalifət yeni dayaq nöqtələri tapmaq üçün indi də beynəlxalq təşkilatlara inamsızlıq nümayiş etdirirlər. Hazırda isə reallıq dəyişib. Məsələn, son bir ayda istər ATƏT-in Bakı bürosunun rəhbərliyi, istərsə də ABŞ səfirliyi mövcud hakimiyyətə qarşı daha loyal xətt tutur və hətta bir şəxsin üç dəfə prezident seçkilərində iştirakına normal yanaşdıqlarını bildirməklə də müxalifətə açıq mesajlarını verdilər. Bundan başqa ekspertlər həm də hesab edirlər ki, müxalifət son bir neçə ay ərzində baş verən proseslərdə də siyasi mövqeyində ciddi yanlışlıq etdi və görünür qərb müxalifətin bu mövqesizliyini bağışlamaq niyyətində deyil. Belə ki, bir müddət öncə Rusiyada “Milyarderlər İttifaqı” yaradıldı və Rusiya regiona bir başa təsir etmək üçün aktiv fəaliyyətə başladı. Məqsəd isə Azərbaycanda Rusiyaya yaxın bir hakimiyyətin formalaşdırılması idi. Çox maraqlıdır ki, hər zaman qərbyönlü xətt tutan və Putin Rusiyasını sərt tənqid edən mövcud müxalifət bu dəfə Putin tərəfdarları ilə belə birgə əməkdaşlığa , onların şərtlərini qəbul etməyə hazır olduqlarını nümayiş etdirdilər. Bu isə bir daha təsdiqlədi ki, Əli Kərimli başda olamaqla əksər müxalifət liderləri konkret prinsiplər və ideyalar üçün savaşmır, hakimiyyətə gəlmək üçün hətta illərdi ki, əməkdaşlıq etdikləri qüvvələri belə ayaqlar altına sala bilərlər. Bunu görən qərb isə sözsüz ki, etibarsız tərəfdaşla əməkdaşlığı dərinləşdirə bilməz. Çünki bu gün mövcud hakimiyyət qərbyönlü olduğunu nümayiş etdirirsə, Rusiyanın Avrasiya İttifaqı ideyasının qarşısında dayana bilirsə, nədən bu etibarlı gücə qarşı çıxıb, ilk anda qərbi belə satan müxalif qüvvələrinə dayaq durmalıdırlar? Ekspertlər bildirir ki, qərb və ABŞ bundan sonra hakimiyyətlə əməkdaşlığı daha da dərinləşdirəcək və bunu görən Əli Kərimli və AXCP indidən belə bir rəy yaradırlar ki, güya onlar beynəlxalq güclərdən imtina edirlər. Halbu ki, bu tam əksinədir və yaxın aylarda bunun ral nəticələrini görəcəyik.
Binəqədidə növbəti MTK qalmaqalı
İşin içində «Azərsu»nun keçmiş rəhbəri ilə indiki departament rəhbəri də var
Son aylarda tikinti şirkətlərinin aldatdığı vətəndaşların sayı günbəgün artır. Bu günə kimi mətbuata çıxan rəqəmləri cəmləsək, artıq əminliklə deyə bilərik ki, mənzil tikinti kooperativlərinin əməllərindən zərərçəkənlərin ümumi sayı minlərlə nəfərlə ölçülür. Bununla bağlı bir neçə cinayət işi açılsada, həbs olunanlar olsa da, hələ də oxşar məzmunlu şikayətlər eşidilməkdədir.
Dünənsə redaksiyamıza paytaxtda daha bir MTK ilə vətəndaşlar arasında ixtilaf yarandığı barədə məlumat daxil oldu. Ən ilginci olan isə həmin işdə keçmiş və indiki vəzifəli məmurların adlarının hallanmasıdır.
Məsələ burasındadır ki, Cəfər Xəndan küçəsi 32-02 ünvanında tikilən göydələndə məskunlaşan vətəndaşlar xeyli vaxtdır vəd verilməsinə rəğmən hələ də mənzillərinə dövlət aktını ala bilmirlər. Artıq onların səbr kasası daşıb və MTK-ya davamlı şəkildə etdikləri müraciətlərin nəticəsiz qalması indi onları başqa etiraz formalarına əl atmağa sövq edir.
Məlumata görə, tikilən göydələndəki mənzil sahibləri əgər belə davam edərsə, yaxınlıqdan keçən mərkəzi yolu bağlamaq fikrindədirlər. Onlar həmçinin üzləşdikləri vəziyyətlə bağlı ölkə rəhbərliyinə də şikayət xarakterli müraciət etməyə hazırlaşırlar.
Qeyd edək ki, vətəndaşlarda narazılıq yaradan MTK-ın hüquqi sahibi Şirinova Elmira Hüseyn qızıdır. O vaxtilə «Azərsu»da çalışıb, hazırda isə onun adına bir neçə MTK mövcuddur. Məsələnin maraqlı tərəfi isə sözügedən MTK-nın «Azərsu»nun keçmiş rəhbəri Nirzaməddin Rzayevlə hazırda adıçəkilən səhmdar cəmiyyətin tikinti departamentinin rəisi Arzuman Abbasovun bağlantılarıdır.
Mövzu ilə bağlı redaksiyamıza verilən məlumatlarda iddia olunur ki, hazırda vətəndaşlarla tikinti şirkəti arasında qalmaqala səbəb olan yeni göydələnin inşasına da əvvəllər olduğu kimi Arzuman Abbasov rəhbərlik edir. Onun tikinti işlərində rəhbəri olduğu departamentin maddi və texniki imkanlarından da sui-istifadə etdiyinə dair məlumatlar var.
Abbasov yalnız bu binada deyil, Bakının 8-ci mikrarayonunda yerləşən, birinci mərtəbəsində marketlərin yerləşdiyi göydələnin inşasında da «Azərsu»nun keçmiş sədri ilə şərik olub. Belə iddia edilir ki, Nizaməddin Rzayevlə Arzuman Abbasovun «tikinti ortaqlığı» uzun müddət birincinin «Azərsu»nun maliyyə vəsaitlərinin müəyyən hissəsini bura istiqamətləndirməsi ilə müşaiyət olunub. Hazırda isə adıçəkilən səhmdar cəmiyyətdə işini davam etdirən Abbasov, yuxarıda da qeyd etdiyimiz kimi, qurumun tikinti departamentinin müəyyən imkanlarını özlərinin şəxsi inşaat biznesləri üçün istifadə etməkdən çəkinmir.
Onu da bildirək ki, “Bulaq-2” MTK 8-ci mikrarayonda tikintisinə başladığı bina ilə də həmin ərazidə yaşayan sakinləri narazı salaraq, onları etiraz aksiyası keçirməyə təşviq edir. Belə ki, adı qeyd olunan ərazidə yerləşən Prezidentin İşlər İdarəsinin tabeliyində olan Siyasi sənədlər Arxivinin binasının arxasında yerləşən bu tikinti sahəsi yüzlərlə sakinin yolunu kəsib. Yerli sakinlər də burada tikiləcək olan binanın onların evlərinə gedən maşın yolunu bağlamasına etiraz edir. Dünən qeyd olunan ərazidə bir qrup sakin “Bulaq-2” MTK-nın onların yolunu bağlamasına etiraz olaraq, aksiya keçirmək istəyib. Onlarla sakin etiraz etmək üçün tikintinin aparıldığı əraziyə gəlib və inşaatın dərhal dayandırılması və yollarının açılmasını tələb ediblər. Etiraz edənlər arasında keçmiş deputat Əhəd Əhmədov da var. O, əməkdaşımızla söhbətində yaşadığı əraziyə gedən yolun qanunsuz şəkildə bağlanması və yerində bina tikilməsinə etiraz etdiklərini qeyd edib. Keçmiş deputat bildirib ki, inşaat ərazisinin qarşısından 35 min kv.vattlıq elektirk xətti keçir, həmçinin, bura mühim dövlət əhəmiyyətli yerin qarşısındadır. Ə.Əhmədov tikinti şirkətinin hər şeydən əvvəl onların yollarını qanunsuz olaraq kəsdiyini və ərazidə yaşayan sakinlərin də məhz buna etiraz etmək üçün oraya toplaşdıqlarını bəyan edib. Onu da bildirək ki, sakinlər artıq məsələ ilə bağlı İcra Hakimiyyətinə və Prezident Administrasiyasına şikayət məktubu ünvanlayıblar. Onu da öyrəndik ki, əgər problemləri həll olunub, yolları açılmasa, sakinlər Binəqədi rayonunun icra hakimiyyətinin qarşısına toplaşaraq, etiraz aksiyası keçirəcəklər.
Qeyd edək ki, Binəqədi rayonunda icra başçısı dəyişikliyindən sonra bu rayonda bir çox müsbət işlərin həyata keçirildiyi aydın görünür. Belə ki, Xaləddin İbrahimovun bu rayona təyinatından sonra Binəqədidə istər abadlıq-quruculuq işləri baxımından, istərsə də vətəndaşların ərzə və şikayətlərinin təmin olunması yönündə xüsusi həssaslıq nümayiş etdirildiyi göz qabağındadır. Belə bir vaxtda hansısa keçmiş və indiki məmurların himayə və idarə etdikləri mənzil tikinti kooperativinin rayonun adını mətbuatda mənfi yöndən hallandıracaq əməllərə yol verməsi, burada vətəndaşların narazılığını yaradacaq, onları etiraz aksiyalarına, prezidentə müraciətlər ünvanlamağa sövq edəcək hərəkətlər etməsi qəbulolunmazdır.
Yəqin ki, rayon rəhbərliyi də ortaya çıxan məlum problemin həlli istiqamətində indiyədək vətəndaşların şikayətlərinə göstərdiyi diqqəti, həssaslığı nümayiş etdirəcək, kimlərinsə Binəqədi rayonunun adının mətbuatda vətəndaş narazılıqlarının yeni ünvanı kimi hallandırmasına imkan verməyəcək.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00