İndoneziyada 7,1 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Talaud adaları, Melonquane rayonundan 141 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı Yerin 64 kilometr dərinliyində olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.