"Bələdiyyə sədrləri yerlərdə özlərini ağa kimi aparırlar. Onlar vətəndaşa, iş adamına lazımi dəstək vermirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.
O bildirib ki, bəzi bələdiyyə sədrləri qanunvericiliyi bilmir: “Torpaq icarə haqqını 10 qat artırır. İcarədar şikayət edir ki, bunu nəyin əsasında artırdı? Yerlərdə iş həyata keçirmək istəyənlərdən bələdiyyə sədri nəsə umur. Belə olanda bələdiyyənin işi getməyəcək. Mənə bələdiyyələrdən çoxlu şikayət gəlir. Bələdiyyənin bu gün vətəndaşla münasibətləri yoxdur. Bələdiyyələr ancaq deyirlər ki, maliyyələri yoxdur".
Anar Kəlbiyev