ABŞ siyasətçisi Corc Santos keçmişdə “drag-queen” kimi yaşayıb və qadın kimi geyinərək pul qazanıb.

"Unikal" xəbər verir ki,  Nümayəndələr Palatasının Respublikaçı üzvü olan 34 yaşlı Corc Santosdurun keçmişi Amerikada gündəm yaradıb. 

Belə ki,  ABŞ mətbuatında çıxan xəbərlərdə Santosun təxminən 10 il əvvəl Braziliyada "drag-queen" kimi çalışdığı və beləliklə pul qazandığı iddia edilmişdi. Santosun 2008-ci ildə Braziliyada yaşayarkən qadın geyimində olan fotosu üzə çıxıb.

Santosun Kitara ləqəbi ilə çıxış etdiyi bildirilib.Onun fotosunu Braziliyadakı köhnə dostu və özü kimi "drag-queen" Eula Rochard yayımlayıb. Santos və Roçardın birlikdə işlədiyi bildirilərkən, Roçard “Onunla 16 və ya 17 yaşında tanış olmuşdum. Anası binqo oynayan zaman o, mənim evimdə əylənirdi”, - deyib. 

Respublikaçılar adından Nümayəndələr Palatasına daxil olan gey kimi tanınan Santosanın istefası istənilib. 

Seymur Əli