“Yeni ildən başlayaraq beynəlxalq təşkilatların içərisində Azərbaycanın əleyhinə, eləcə də haqq səsinin hansısa formada susdurulmasına və bu istiqamətdə başqa işlərin təşkilini müşahidə edirik. Biz bunu müxtəlif beynəlxalq təşkilatlardan görürük. Biz buna hazır idik, gözləyirdik”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib.
“Hər bir halda bu, asan məsələ deyil. Bu məsələlərin hamısını müzakirə edəcəyik” – komitə sədri bildirib.
Anar Kəlbiyev