Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, telefon danışığı zamanı Putin və Rəisi Suriyadakı vəziyyəti və Astana prosesi çərçivəsində koordinasiyanı müzakirə ediblər.

Bundan əlavə enerji və nəqliyyat sahəsində əməkdaşlıq da müzakirə olunub.