Bu gün Fransada pensiya yaşının artırılmasına qarşı ümummilli tətil keçirilir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gün ərzində müxtəlif şəhərlərdə, o cümlədən Parisdə 200-dən çox mitinq planlaşdırılıb. 

Fransa hökuməti pensiya yaşının 62-dən 64-ə qaldırılmasını təklif edir. Fransa Əmək Nazirliyinin hesablamalarına görə, prezident Makronun təşəbbüsü ilə həyata keçirilən bu dəyişiklik ildə təxminən 18 milyard avroya qənaət edəcək.

Rəy sorğuları göstərir ki, fransızların 60 faizi bu islahatların əleyhinədir, 46 faizi isə etirazlara qoşulmağa hazırdır.

Ağarza Elçinoğlu