Böyük Britaniya Ukraynaya 600 ədəd "Brimstone" raketi verəcək.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Lakin o, silahların nə vaxt veriləcəyini açıqlamayıb.

“Deyə bilərəm ki, biz daha 600 "Brimstone" raketini müharibə zonasına göndərəcəyik. Bu, Ukraynanın döyüş meydanında üstünlük təşkil etməsinə dəstək olmaq üçün son dərəcə vacibdir”, - Uolles Estoniyada çıxışı zamanı deyib.