FİDE şahmat tacı yarışının keçiriləcəyi yeri açıqlayıb. Astanada rusiyalı Yan Nepomnyaççi ilə çinli Dinq Liren arasında duel baş tutacaq.

"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, qarşılaşma 14 oyundan ibarət olacaq və aprelin 7-dən 30-dək keçiriləcək. Mükafat fondu üçün 2 milyon avro ayrılıb, onun 60%-ni qalib, qalanını isə uduzan tərəf alacaq.

Ötən ilin iyulunda dünya çempionu Maqnus Karlsen şahmat tacı uğrunda döyüşməkdən imtina edib.