Türkiyə Milli Müdafiə Nazirliyi dünən ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə F-35 təyyarələri ilə bağlı məsləhətləşmələr aparıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, Nazirlikdən verilən açıqlama belədir:

“Türkiyə və ABŞ müdafiə nazirlikləri nümayəndə heyətləri F-35 məsləhətləşmələrinin ikinci raundunu keçirdilər, birincisi Ankarada, ikincisi 18 yanvar 2023-cü ildə Vaşinqtonda oldu.

Nümayəndə heyətləri məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Növbəti görüşün 2023-cü ilin yazında Ankarada keçirilməsi planlaşdırılır.