Macarıstan Aİ-nin Ukraynaya silahlanmasına yardımın yeddinci tranşını bloklayıb.

"Unikal" xəbər verir ki, bu barədə yüksək rütbəli diplomat yerki telekanala məlumat verib. 

Məlumata görə, söhbət Avropa Sülh Fondundan ayrılan 500 milyon avro məbləğindən gedir. Qeyd olunur ki, bununla bağlı Aİ ölkələri Aİ xarici işlər nazirlərinin yanvarın 22-də keçiriləcək görüşü zamanı Budapeştə təzyiq etmək niyyətindədir  .

Macarıstanın vetosu Aİ diplomatları arasında daha çox hiddət doğurur, çünki onun Rusiyaya kömək etməkdən başqa heç bir əsası yoxdur .

Həmçinin vurğulanır ki, Macarıstan dekabrın əvvəlində Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımının qarşısını kəsdiyi halda, Avropa İttifaqının ehtiyat planı var. Sonra Aİ bu yardımı Macarıstandan yan keçməklə çatdırmağa imkan verən hüquqi akt qəbul edəcək.

Dekabrın sonunda Reuters xəbər verib ki, Avropa Komissiyası Macarıstanın proqramlarını maliyyələşdirmək üçün nəzərdə tutulan 22 milyard avronu bloklayıb. Aydınlaşdırılıb ki, AK Macarıstan hökuməti bir sıra zəruri şərtləri yerinə yetirənə qədər vəsaiti saxlamaq niyyətindədir. Söhbət yüksək səviyyəli korrupsiya, məhkəmə sisteminin müstəqilliyi, eləcə də LGBT icmasının hüquqları ilə bağlı problemlərdən gedir.