"Hər kəs Xankəndi-Laçın yolunda keçirilən aksiya barədə maraqlanır. Blokada təsəvvürü yaratmağa çalışırlar. Azərbaycan dövlətinin mövqeyi açıqdır.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, bu ondan ibarətdir ki, Azərbaycan tərəfi əlindən gələni edir.
"Etirazçılarda humanitar fəlakət yaratmaq niyyəti və məqsədi yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçir. Məsuliyyətli dövlət olaraq atılan addımlar barədə məlumat veririk. Kontekstdən çıxarılmış fikir barədə müzakirə aparmaq doğru deyil. Əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır.
Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Hər dəfə danışdığım rəsmi qurumlara bir daha xatırladıram ki, əsas məqsəd nədir. Silah-sursat və minaların daşınması yolverilməzdir".
Anar Kəlbiyev