ABŞ və Ukraynanın müdafiə nazirləri Lloyd Oustin və Oliksiy Reznikov görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Oustin "Twitter"də paylaşım edib.
O, ukraynalı həmkarını görməkdən məmnunluğunu ifadə edib: "Biz Ukraynanın özünümüdafiəsini dəstəkləmək üçün sizinlə çiyin-çiyinə dayanmaqdan qürur duyuruq. Sizin arxasınızda 50-ə yaxın xalqdan ibarət kollektiv var".
Qeyd edək ki, nazirlər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında bir araya gəliblər.