Litva prezidenti Qitanas Nauseda 20 Yanvarla bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, Nauseda bu barədə tviter səhifəsində yazıb.
"1990-cı ilin Qara Yanvarı - Sovet qoşunlarının Bakını işğalı və insanların qəddarlıqla qətlə yetirilməsini anıram. Sovetlərin müstəqillik hərəkatını əzmək cəhdləri uğurlu olmadı. 33 il sonra təcavüzkar Ukraynada eyni vəhşi cinayətləri törədir. Uğurlu ola bilməyəcəklər. O vaxtlar deyil. İndi daha deyil. Əsla", - deyə o qeyd edib.