ABŞ-ın Suriyadakı Əl-Tanf bölgəsindəki bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
"Unikal" xəbər verir ki, xarici mətbuata istinadən xəbər verir ki, hücum edən PUA-lardan dördü ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən vurulub, digəri bazaya dəyib.
Hücum zamanı itkilərin olub-olmadığı barədə məlumat verilməyib. PUA-ların kim tərəfindən göndərildiyi açıqlanmayıb.
Qeyd edək ki, Əl-Tanf Suriya, İordaniya və İraq arasındakı sərhəddə yerləşir.