İsveçin Türkiyədəki səfiri Staffan Herrström Türkiyə XİN-ə çağırılıb.
"Unikal" xəbər verir ki, buna səbəb olaraq sabah Türkiyənin Stokholmdaki səfirliyi yaxınlığında Qurani-Kərimin yandırılmasına icazənin verilməsi qeyd olunub.
Səfirə Türkiyənin bu qərarı qəti şəkildə pislədiyi, İsveçin belə münasibət sərgiləməsinin qəbuledilməz olduğu bildirilib.