Slovakiyada növbədənkənar seçkilərin keçirilməsi və hazırkı parlamentin səlahiyyətlərinə xitam verilməsi üçün ölkə konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı ümumxalq səsverməsi keçirilir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 21:00-a qədər davam edəcək.

Ümummilli referendumun keçirilməsi barədə qərar ötən il Slovakiyada üç müxalifət partiyasının bu səsvermənin lehinə 380 mindən çox səs topladıqdan sonra ölkə Prezidenti Zuzana Çaputova tərəfindən qəbul edilib.