Moskva vilayətində Qərb Hərbi Dairəsinin zenit raket briqadasının şəxsi heyəti ilə təlim keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təlim Moskva bölgəsində mühüm hərbi və inzibati obyektlərə hava hücumlarını dəf etmək üçün keçirilib. Təlimdə 150-dən çox hərbi qulluqçu və 30-dan çox silah və texnika iştirak edib.