Ukraynanın Milli Antikorrupsiya Bürosu axtarışlar aparıb və icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir müavini Vasili Lozinskini saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin “Ukrainska Pravda” nəşri  məlumat yayıb.

Bildirilir ki, İstintaq Cinayət Məcəlləsinin 364-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 368-ci (vəzifəli şəxs tərəfindən külli miqdarda təklifi, vədi qəbul etmə və ya qanunsuz mənfəət əldə etmə) maddələri ilə aparılır.