Türkmənistanda xalqın ali nümayəndəlik orqanı olan “Türkmənistan Xalq Məsləhəti” yaradılıb. 

"Unikal" xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabaddakı Məsləhət sarayında Milli Şura üzvlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə keçirilən iclasda qanuni təklifləri araşdırmaq və təsdiqləmək kimi geniş səlahiyyətlərə malik olan Türkmənistan Xalq Məsləhətinin yaradılması haqqında əsasnamə qəbul edilib.

Qurbanqulu Berdiməhəmmədov “Türkmən xalqının ümummilli lideri” adına layiq görülüb.

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun imzaladığı fərmanla Qurbanquli Berdiməhəmmədov Türkmənistanın Xalq İşləri İdarəsinin rəhbəri təyin edilib. Qurbanqulu Berdiməhəmmədova “Türkmən xalqının ümummilli lideri” adı verilib.