İsveçdə yaşayan türklər Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğana dəstək üçün paytaxt Stokholmda bir araya gəlib.

"Unikal" xəbər verir ki,  türklər Stokholmdakı Türkiyənin səfirliyi qarşısında aksiyaya başlayıblar.   Beynəlxalq Demokratlar İttifaqının təşkil etdiyi proqram "Qurani-Kərim"in tilavəti və azanla başlayıb.

Sonra Türkiyə Dövlət Himni və İsveçin dövlət himni səsləndirilib. Daha sonra türk və isveç dillərində mətbuata açıqlama verilib.