Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və qeyri hökumət təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
"Unikal" xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya bütün gecə boyu səhərə qədər davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ekofəallar aksiyanın 42-cı günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.