Suriyanın ən böyük şəhəri Hələb yaxınlığında beşmərtəbəli yaşayış binasının uçması nəticəsində biri uşaq olmaqla, azı 10 nəfər həlak olub.
"Unikal" xarici KİV-lərə istinadla xəbər verir ki, yaşayış binasında 30-a yaxın insanın yaşadığı bildirilib.
Binanın uçmasında səbəb kimi suyun sızması nəticəsində bünövrənin aşınması ehtimal edilir.
Hazırda xilasedicilər dağıntılar altında sağ qalanları və cəsədləri axtarır.