Avropa Şurasının prezidenti Şarl Mişel Ukraynadakı münaqişə üçün yaxın iki-üç həftənin həlledici olacağını deyib.
"Unikal" xəbər verir ki, siyasətçi bu barədə İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib.
Mişelin sözlərinə görə, Ukraynada hadisələrin sonrakı inkişafı bu müddət ərzində müəyyənləşəcək: "Növbəti 2-3 həftələr münaqişə və sülh üçün həlledicidir. 2023-cü ildə baş verənlər və çox şey qarşıdakı həftələrdən asılıdır, bizim gələcəyimizi müəyyən edəcək", - Mişel qeyd edib.
Buna görə də Avropa Şurasının rəhbəri Ukraynaya dəstəyi davam etdirməyə və bütün lazımi yardımı göstərməyə çağırıb.
Ağarza Elçinoğlu