"Bizdə belə bir deyim var, insanı üzünə tərifləməzlər. İnsanın üzünə ancaq söyərlər, təhqir edərlər?"
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fəzail İbrahimli deyib.
Komitə sədri bildirib ki, yaxşı işi demək lazımdır:
"Həmin insan görsün ki, əməli düzdür, atdığı addımlar xeyirlidir, xeyirxah işlə məşğuldur və bunu davam etdirsin. Hesab edirəm ki, yaxşını da, pisi də üzə deyərlər".
Anar Kəlbiyev