"Son vaxtlar sosial şəbəkələrdə xüsusi öyrədilmiş qruplar məqsədli şəkildə İranın din siyasəti ilə bağlı fikir söyləyəndə dərhal hücuma keçirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu sahədə dövlət qurumları müəyyən adımlar atır: “Yenə də bu prosesdə islahatların sürətlə həyata keçirilməsinə ehtiyac var”.
Deputat qeyd edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının işində müəyyən hallar müşahidə olunur:
"Heç də bütün QHT-lərin fəallığı ölkənin həyata keçirdiyi siyasətdə vahid mövqedən özünü tam göstərmir. Ölkədəki 4000-ə yaxın QHT-nin təxminən 1000-ə yaxını fəaldır. Reallıq odur ki, bütün yükü dövlət üzərinə götürür. Hesab edirəm ki, QHT-lər, eləcə də siyasi partiyalar, dini fəaliyyət sahəsində çalışan təşkilatlar prosesə daha çox töhfə verməyə çalışmalıdır”.
Anar Kəlbiyev