Estoniya Rusiya səfirini ölkədən çıxarır.

"Unikal" xəbər verir ki, bu barədə Estoniya XİN-in "Twitter" hesabında məlumat yayıb.

Bildirilib ki, Estoniya Rusiyanın diplomatik mövcudluğunu müvəqqəti işlər vəkili səviyyəsinə endirmək barədə bugünkü qərarını nəzərə alaraq oxşar addımı atacaq.

"Biz Rusiya ilə münasibətlərdə paritet prinsipinin tərəfdarıyıq, bu o deməkdir ki, Rusiya səfiri Moskvadakı Estoniya səfiri ilə eyni vaxtda ölkədən ayrılacaq".

Qeyd edək ki, Rusiya XİN Estoniya səfirinə fevralın 7-dək ölkəni tərk etmək barədə nota verib.