Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

"Unikal" xəbər verir ki, sessiyanın fevral ayının 3-də yekunlaşacağı planlaşdırılır. Qiyabi formada təhsil alan tələbələr üçün imtahan sessiyası isə 25  yanvar – 1 fevral tarixlərini əhatə edir.

Bakalavriat səviyyəsində 14 ixtisasda təhsil alan 1698, magistratura səviyyəsində isə 11 ixtisaslaşmada təhsil alan 282 tələbənin qış imtahan sessiyasında iştirakı nəzərdə tutulub. Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevral ayının 9-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Qeyd edək ki, sessiyanın gedişatına nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə ATMU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir. Apellyasiya Komissiyası sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edir, İmtahan Qərargahı üzvləri vaxtaşırı imtahanların gedişini izləyir.