Deputat Nizami Cəfərovun açıqlamasına Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq.
XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Unikal"a açıqlamasında bu sözləri dedi:
"Deputat Nizami Cəfərovun fikirlərinə dair Xarici İşlər Nazirliyinin mövqeyi yoxdur. Bizim bu barədə geniş açıqlamamız olmayacaq", - deyə A.Hacızadə qeyd edib.
***
15:58
"Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçiriən iclasında “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deputat Nizami Cəfərov deyib.
O bildirib ki, qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır:
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur. Bilən də yaddan çıxarıb”, - deyə deputat əlavə edib.
Anar Kəlbiyev