"Vəkillər hələ də PCR test verməklə məhbusların yanına gedir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, təyyarədə gedənlər, xəstə yanına gedənlər üçün bu tələb ləğv olunubsa, cəzaçəkmə müəssisələrində də ləğv olunması məqsədəuyğun olar.
N.Həmzəyev Gəncəbasar zonasında tikilmiş cəzaçəkmə müəssisələrinin hələ də istifadəyə verilmədiyini diqqətə çatdırıb: “Gəncəbasar və cənub zonasında yeni cəzaçəkmə müəssisələri tikilib, demək olar ki, hazırdırlar, amma fəaliyyət göstərmirlər. Ora çəkilmiş xərclər məhv olub gedir və bir müddət sonra daha çox vəsait tələb olunacaq. Dustaqların valideynləri, yaxınları görüş üçün uzun yol qət edərək, əziyyətlə Bakıya gəlirlər. Düşünürəm ki, bu il maksimum gələn ilə o cəzaçəkmə müəssisələri fəaliyyətə başlamalıdır”.
Anar Kəlbiyev