Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Türkiyənin NATO-dakı səfiri ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında bildirib.
"Bu gün Türkiyənin NATO-da yeni təyin olunmuş daimi nümayəndəsi səfir Levent Gümrükçü ilə görüşməkdən böyük məmnunluq duydum.
Onunla NATO-Azərbaycan tərəfdaşlığı və regionumuzdakı vəziyyət haqqında çox faydalı müzakirə apardıq", - Cəfər Hüseynzadə bildirib.