Bu gün Dövlət Gömrük Komitəsi (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Goranboy şəhərində vətəndaşları qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Məlumata görə, Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Goranboy, Xocalı rayonları və Naftalan şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.