Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Dövlət İstintaq Bürosu ilə birlikdə Zaporojye vilayətində apardığı əməliyyat zamanı Rusiya xüsusi xidmət orqanlarının xeyrinə kəşfiyyat və təxribat fəaliyyəti aparan polkovnik-leytenantı həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə Ulrayna Baş Prokurorluğu və Dövlət İstintaq Bürosunun mətbuat xidmətləri birgə məlumat yayıb.
İstintaqın məlumatına görə, SBU-nun polkovnik-leytenantı əməliyyat-axtarış tədbirlərinin nəticələrinə dair rəsmi məlumatları və dövlət sirri təşkil edən məlumatları gizli şəkildə toplayıb. Xüsusən də rayondakı keçid məntəqələrinin planı ilə maraqlanıb.
Dövlət İstintaq Bürosu hazırda həbsdə olan SBU-nun polkovnik-leytenantı haqqında alternativsiz həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət hazırlayır: "O, şəxsi mobil telefonundan istifadə edərək sənədlərin fotoşəkillərini çəkib. Daha sonra Rusiya domenində qeydiyyatdan keçmiş "Telegram" messencerindən və elektron poçtundan istifadə edərək işğalçı ölkənin nümayəndələrinə məlumat ötürüb. Axtarışlar zamanı saxlanılan şəxsin üzərindən mobil telefonlar, Rusiya operatorlarının sim kartları, pul və digər sübutlar aşkar edilib. Onun Rusiya Federasiyasının hüquq-mühafizə və dövlət orqanlarının nümayəndələri ilə, o cümlədən əlaqəli əlaqələri olduğu da məlum olub".
Onun haqqında ömürlük həbs qərarı nəzərdə tutulur.
Ağarza Elçinoğlu