Avropalı müşahidəçilərin meydana çıxması Azərbaycanla ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxaracaq.
"Unikal" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiya sülhməramlılarının Aİ-nin Ermənistandakı missiyasına reaksiya verib.
“ABŞ və NATO-nun əlavəsinə çevrilmiş və MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqının nümayəndələri regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər”, - XİN-in bəyanatında deyilir.
Smolenskaya meydanında belə hesab olunur ki, “Brüsselin nəyin bahasına olursa olsun Ermənistanda möhkəmlənmək, Moskvanın vasitəçilik səylərini sıxışdırıb çıxarmaq cəhdləri” İrəvan və Bakının münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdlərinə zərər verəcək.
XİN əlavə edib ki, sərhəd xidmətləri vəziyyətin "yerdə" inkişafını nəzərə alaraq "Aİ müşahidəçilərinin davranışına" cavab verəcək.
Yanvarın 23-də Aİ Xarici İşlər Nazirləri Komitəsi Ermənistanda iki il müddətinə Aİ-nin yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib. Brüsseldən verilən rəsmi açıqlamada müşahidəçilərin sayı göstərilmir. Politico-nun məlumatına görə, söhbət 100 mütəxəssisdən gedir.