Yaponiya hökuməti ruslara qarşı yeni şəxsi sanksiyalar tətbiq edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, ümumilikdə Rusiya Federasiyasından 36 nəfər sanksiyalara məruz qalıb.
Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova, filosof Aleksandr Duqin, Rusiya Hökuməti Baş nazirinin birinci müavini Andrey Belousov, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova və b. sanksiya siyahısında il sırada yer alıb.
Bununla yanaşı, Rusiyada İrkut Korporasiyası, Avangard Moskva Maşınqayırma Zavodu ASC və KamAZ PJSC-da sanskiyaya məruz qalıb.
Yaponiya da yeni sanksiyalar paketi çərçivəsində Rusiyaya robotların tədarükünə qadağa qoyub.