Şəmkirdə qadın dərman içərək özünü zəhərləyib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Əfsanə Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin orta ağır olduğu bildirilir. 38 yaşlı qadının hansı səbəbdən intihar cəhd etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov