Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib, yaralılara şəfa arzulayıb.
Türkiyə XİN başçısı İrandakı səfirliyə hücumu qınayıb, daim Azərbaycanın yanında olduqlarını bildirib.