"Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "TRT Haber"ə deyib.

O bildirib ki, səfirliyik əməkdaşları Azərbaycana göndəriləcək.

XİN rəsmisinin sözlərinə görə, İran səfirliyimizə hər hansı hücuma qarşı öncədən tədbir görməli idi: "Yanvarın 27-də silahlı şəxs Azərbaycan Respublikasının İrandakı səfirliyinə basqın edib. Hücum nəticəsində təhlükəsizlik xidmətinin rəisi həlak olub, iki nəfər yaralanıb. Biz bu hücumu pisləyirik və İranın bu hücumunu törədənlərin və təhrik edənlərin tezliklə müəyyənləşdirilməsini tələb edirik. Eyni zamanda vurğulamaq istəyirik ki, İran səfirliyimizə hər hansı hücuma qarşı tədbir görməli idi. O, bu hücumu qabaqcadan görməli idi. Təəssüf ki, bu həyata keçirilmədi. Təhlükəsizlik rəisinin qətli ilə nəticələnən hücum araşdırılır".

Ağarza Elçinoğlu