İranın Çabahar şəhərində təyyarənin təkərlərinin partlaması səbəbindən Kiş hava limanının uçuş-enmə zolağı müvəqqəti bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının qəza təhqiqat bürosunun baş direktoru bildirib.
"Çabahar Hava Yollarına məxsus 8778 saylı Tehrandan Kişə uçan Boeing MD tipli təyyarə Kiş hava limanının uçuş-eniş zolağına endikdən sonra iki təkəri partlayıb. Bundan sonra Kişə gələn reyslər Şiraza yönləndirilib. Təyyarə dayanacağa köçürüldükdən sonra hava limanı yenidən fəaliyyətə başlayıb", - məlumatda deyilir.
Tehran-Kiş reysi ləğv edilib, sərnişinlər hotellərdə gecələməli olub.
Ağarza Elçinoğlu