Azərbaycanın səfirliyinə hücum edən terrorçu İran mediasına müsahibə verib.
"Unikal" xəbər verir ki, ilkin açıqlamalarına görə, həmin şəxs Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindəndir. Onun həyat yoldaşı səfirlik vasitəsilə Azərbaycana aparılıb.
Terrorçu iddia edir ki, səfirliyə müraciət etməsinə baxmayaraq, ona heç bir şəkildə cavab verilməyib və bu səbəbdən o, belə bir addım atmağa qərar verib.